Hakan Fidan Suriya prezidenti Əhməd əl-Şəraa ilə görüşüb - YENİLƏNİB
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın paytaxtı Dəməşqə səfəri çərçivəsində Suriya prezidenti Əhməd əl-Şəraa ilə görüşüb.
Sizinxeber.az xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Türkiyənin Suriyanın şimal-şərqindən qaynaqlanan milli təhlükəsizlik problemlərinin, həmçinin Suriyanın ərazi bütövlüyünün və birliyinin qorunub saxlanılmasının hər zamankindən daha mühüm olduğu bir dövrdə terror təşkilatları, xüsusilə də İŞİD və PKK/YPG ilə mübarizədə iki ölkə arasında əməkdaşlıq müzakirə olunub.
"Hər dəfə səfər etdiyim zaman mən şəxsən Suriyanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri müşahidə edirəm. Bu gün cənab əl-Şəraa ilə görüşdə biz bir çox məsələləri, o cümlədən ticarət, investisiya, nəqliyyat və enerji məsələlərini müzakirə etdik. Suriyanın yenidən qurulmasına yönələn potensial ikitərəfli və regional addımları qiymətləndirdik. Görüş zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirildi. Suriyanın suverenliyinə və siyasi vahidliyinə qarşı həm daxili, həm də xarici təhdidləri müzakirə etdik", - Fidan öz “X” hesabında yazıb
***
14:42
Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya gedib.
Sizinxeber.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Fidan Suriya lideri Əhməd əl-Şaraa ilə görüşəcək.
Oxşar xəbərlər
Hakan Fidan: Bu gün ABŞ XİN və Suriya XİN-lə birlikdə ütərəfli görüş keçirəcəyik
Hakan Fidan: Qruplaşmalar Suriyanı bölməyə çalışsa, müdaxilə edəcəyik
Türkiyə və Suriya prezidentləri arasında görüş olub
Hakan Fidan: Türkiyə Suriyada sabitliyi pozacaq heç bir təşəbbüsü dəstəkləmir
Hakan Fidan Suriyaya səfər etməyi planlaşdırdığını təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
