Olimpiya çempionu Pakistanda qayada uçqun nəticəsində ölüb
sizinxeber.az xəbər saytı

Olimpiya çempionu Pakistanda qayada uçqun nəticəsində ölüb


Almaniyalı Olimpiya çempionu Laura Dahlmeier Pakistanın Karakoram bölgəsində qayaya dırmaşarkən uçqun nəticəsində ölüb.

Sizinxeber.az-nın “Alman dalğası”-na istinadən verdiyi məlumata görə, 31 yaşlı keçmiş biatlonçu ilə bağlı aparılan xilasetmə əməliyyatı uğursuz olub və xilasetmə əməliyyatı iyulun 29-da axşam saatlarında dayandırılıb.

Helikopterlə faciənin baş verdiyi yer üzərindən uçan xilasedicilər həyat əlaməti aşkar etməyiblər. Çətin hava şəraiti və faciə yerində davam edən qaya uçqunu səbəbindən təxliyə də mümkünsüz sayılır. Laura Dahlmeier ilə birlikdə qayaya dırmaşan idmançı onun ağır xəsarət aldığını bildirib. Mütəxəssislər Dalmeyerin həyatını itirdiyi qənaətindədirlər.

Oxşar xəbərlər

Pakistanda daş uçqunu altında qalan olimpiya çempionunun axtarışlarına başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dağıstanda qayığın qayaya çırpılması nəticəsində bir nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda polis konvoyuna hücum zamanı 8 polis həlak olub, 4 terrorçu zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Azərbaycan yığması vətənə dönüb - FOTOLENT [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hidayət Heydərov Olimpiya çempionu oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər