Pakistanda daş uçqunu altında qalan olimpiya çempionunun axtarışlarına başlanıb
sizinxeber.az xəbər saytı

Pakistanda daş uçqunu altında qalan olimpiya çempionunun axtarışlarına başlanıb


Pakistanın şimalındakı dağlarda daş uçqunu altında qalan biatlon üzrə olimpiya çempionu Laura Dalmayerin axtarışlarına başlanıb.

"Sizinxeber.az" xəbər verir ki, dörd alpinistdən ibarət iki komanda əlverişsiz hava şəraiti səbəbindən təxirə salınan xilasetmə missiyasına yenidən start verib.

Dalmayer və digər alpinist Pakistan dağlarına dırmaşarkən qaya uçqunu baş verib. Hadisə iki gün əvvəl, təxminən 5 700 metr yüksəklikdə olub.

Qeyd edək ki, idmançı karyerasını 2019-cu ildə başa vuran Dalmayer uzun müddət alpinizm həvəskarı olub və hətta dağlarda xilasetmə xidmətində çalışıb.

Oxşar xəbərlər

İtaliyada qar uçqunu olub, ölən və yaralananlar var
Fransa Alplarında estoniyalı xizəkçilər həlak olub
Türkiyədə dağ-xizək kurortunda qar uçqunu olub, beş nəfər yaralanıb
Əfqanıstanda 35-dən çox fəhlə mədən uçqunu altında qalıb
Marneulidə torpaq uçqunu olub, ölən və yaralanan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər