İsrail Qəzzaya humanitar yardım aparan gəmiyə basqın edib
sizinxeber.az xəbər saytı

İsrail Qəzzaya humanitar yardım aparan gəmiyə basqın edib


İsrail beynəlxalq sularda Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan “Hanzala” gəmisinə basqın edərək onu ələ keçirib.

Sizinxeber.az xəbər verir ki, iyulun 13-də İtaliyanın Sirakuza limanından yola düşən “Hanzala” bəzi texniki ehtiyacları qarşılamaq üçün iyulun 15-dən iyulun 20-dək Gelibolu limanında son hazırlıqlarını tamamlayıb.

Qəzzaya yardım aparmaq üçün yola çıxan gəmidə 21 fəalın olduğu bildirilib.

İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamada İsrail donanmasının “Hanzala” gəmisini ələ keçirdiyi bildirilib.

Açıqlamada gəminin İsrail sularına qanunsuz daxil olmasının qarşısı alındığı qeyd olunub.

Oxşar xəbərlər

İsrail Qəzza zolağına humanitar yardım aparan "Madleen" gəmisini saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Qəzzaya yardım göndərdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ və İsrail Qəzzadakı humanitar vəziyyətlə bağlı razılığa gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Qəzzaya humanitar yük daşıyan gəmiyə zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Hərbi Dəniz Qüvvələrinin saxladığı “Madleen” gəmisi Aşdod limanına yaxınlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər