İsrail Qəzza zolağına humanitar yardım aparan "Madleen" gəmisini saxlayıb
İsrail hərbçiləri Misirdən Qəzza zolağına humanitar yardım aparan "Madleen" gəmisini saxlayıb.
APA xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Məlumata görə, ekoaktivist Qretə Tunberq də bu gəminin göyərtəsində olub.
İsrail rəsmiləri daha öncə bu gəminin anklava çatmasına icazə verməyəcəklərini bəyan etmişdilər.
İsrail Xarici İşlər Nazirliyi hadisəni "selfi yaxtası şousu" adlandırıb.
"Məşhurların "selfi-yaxtası" uğurla İsrail sahillərinə istiqamətlənib. Sərnişinlər yaxın zamanda öz ölkələrinə qayıdacağı gözlənilir. Qəzzaya humanitar yardım çatdırmağın instaqram selfilərinə ehtiyac olmayan yolları var. Gəmidə olan az miqdarda yardım isə Qəzzaya humanitar kanallar vasitəsilə ötürüləcək", - nazirlik qeyd edib.
Oxşar xəbərlər
İsrail XİN: “Madlin” gəmisi sahilə doğru üzür, sərnişinlər ölkələrinə qayıdırlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail: Qəzzaya humanitar yardım daşıyan ilk beş yük maşını buraxılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Katz Orduya Qəzzaya yardım aparan gəminin qarşısını almağı tapşırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Qəzzaya humanitar yük daşıyan gəmiyə zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











