Kamboca ordusu Tailandla sərhəddə iki məbədi ələ keçirib, ölənlər və yaralananlar var - YENİLƏNİB
Kamboca ordusu Tailandla sərhəddə iki məbədi ələ keçirib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Kamboca Müdafiə Nazirliyi məlumat yayıb.
“Tailandla şiddətli döyüşlərdə ordumuz ölkəmizin suveren ərazisi olan Ta Krabey və Ta Moan Tom məbədlərini, eləcə də Mom Bei bölgəsini ələ keçirib”, - Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik Tailand ordusunu qəsdən mülki insanların yaşadığı yerlərə atəş açmaqda da ittiham edib.
Kamboca tərəfinin itkiləri ilə bağlı məlumat verilməyib.
Tailand Səhiyyə Nazirliyi isə 12 tailandlının öldüyünü və 31 nəfərin yaralandığını xəbər verib.
İki ölkə bir-birini ilk atəş açmaqda günahlandırır və qarşı tərəfin sərhəd zonasında yerləşən hərbi obyektlərinə zərbələr endirir.
***
10:25
Sərhədin mübahisəli ərazilərində yaşanan qarşıdurmadan sonra Tailand Kamboca ilə sərhədi bağlayıb.
Sizinxeber.az “Reuters”ə istinadən xəbər verir ki, Tailand ordusu sərhədə F-16 qırıcı təyyarələri göndərib.
İnsident nəticəsində ölənlər və yaralananlar var
Tailand ordusundan bildirilib ki, bu addım Kamboca ordusunun sərhəddə yerləşən Tailanda məxsus hərbi obyektləri hədəfə almasına cavab olaraq atılıb.
Qırıcı təyyarələr Kambocaya məxsus hərbi obyektlərə zərbə endirdikdən sonra öz bazalarına geri dönüb.
Hər iki tərəf bir-birini atəş açmaqda günahlandırır.
Sərhəddə yaşanan toqquşmalarda bir neçə tailandlı mülki şəxs və hərbçi həlak olub, eyni zamanda, yaralanıb.
Kamboca tərəfdən itkilər hələlik açıqlanmayıb.
Münaqişə niyə yenidən alovlanıb?
Qeyd edək ki, münaqişə onilliklərdir, davam etsə də, son həftələr yeni eskalasiya mərhələsinə qədəm qoyub.
Belə ki, iyulun 23-də Tailand Kambocadakı səfirini geri çağırıb, eyni zamanda Kamboca diplomatlarını ölkədən çıxarıb. Narazılığın səbəbi isə bir neçə gün əvvəl baş vermiş mina partlaması nəticəsində Tailand əsgərinin ayağını itirməsidir.
Tailand Kambocanı sərhəd bölgəsinə yeni minalar basdırmaqda ittiham edir. Kamboca isə bunu inkar edərək, bildirir ki, uzun sürən vətəndaş müharibələrindən sonra onların ərazilərində hələ də milyonlarla mina qalır.
Tailand-Kamboca münaqişəsinin səbəbi
Tailand-Kamboca münaqişəsi 9-11-ci əsrlərdə tikilmiş Prea Vixear məbədi və ətraf ərazilərə görə yaranıb. Bu ərazidə heç vaxt dəqiq sərhəd xətti olmayıb.
1962-ci ildə Beynəlxalq məhkəmə məbədin Kambocanın ərazisinə aid olması barədə qərar çıxarıb, lakin ətraf ərazilərin statusunu müəyyən etməyib.


width="220" alt="Tailandla Kamboca arasında hərbi toqquşma baş verib, bir neçə nəfər həlak olub" />
width="220" alt="Kamboca BMT-ni təcili iclas keçirməyə çağırıb" />
width="220" alt="Tailand Kamboca ilə sərhədi bağlayır" />
width="220" alt="Kamboca BMT Təhlükəsizlik Şurasının təcili iclas keçirməyə çağırıb" />
width="220" alt="Kamboca ilə sərhəddəki toqquşmalarda 9 tailandlı ölüb" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />