Türkiyədə İŞİD-ə qarşı keçirilən əməliyyatlarda 153 nəfər saxlanılıb
Türkiyədə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 153 şübhəli saxlanılıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında məlumat verib. O, əməliyyatların 28 vilayətdə keçirildiyini açıqlayıb.
Qeyd olunub ki, son iki həftə ərzində 28 vilayətdə polis tərəfindən İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlarda terror təşkilatına üzv olmaqda şübhəli bilinən 153 nəfəri ələ keçirilib. Əməliyyatlar zamanı ələ keçirilən şübhəlilərin terror təşkilatı üzvü olduğu, onların terror təşkilatı ilə bağlı qondarma yardım təşkilatlarına maliyyə yardımı etdikləri, terror təşkilatı ilə bağlı təbliğat apardıqları müəyyən edilib.
Oxşar xəbərlər
Türkiyədə terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 42 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda İŞİD-ə dəstək verən 46 şübhəli saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə FETÖ-yə qarşı keçirilən əməliyyatda 208 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 536 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda terror aktı törətmək istəyən İŞİD-çilər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













