Türkiyədə terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 42 nəfər saxlanılıb
Türkiyədə son bir həftədə 17 vilayətdə İŞİD-ə qarşı həyata keçirilən "GÜRZ-35" əməliyyatlarında 42 şübhəli yaxalanıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında bildirib.
Qeyd olunub ki, əməliyyatlar Adana, Ankara, Balıkəsir, Batman, Bursa, Bitlis, Diyarbakır, Ədirnə, Qaziantep, İstanbul, Kahramanmaraş, Karabük, Kayseri, Kocaeli, Mardin, Mersin və Şanlıurfada həyata keçirilib.
Əməliyyatlar zamanı tutulan şübhəlilərin terror təşkilatının üzvü olduqları, təşkilatı maliyyələşdirdikləri və sosial media hesabları vasitəsilə təbliğat apardıqları müəyyən edilib.
Əməliyyatlar nəticəsində çoxlu sayda təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.
Oxşar xəbərlər
Türkiyədə “Narkoçelik-31” əməliyyatı keçirilib, 91 nəfər tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin 13 vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib, 72 şübhəli saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 20 şübhəli saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 536 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
FETÖ-yə qarşı “KISKAÇ-23" əməliyyatı keçirilib, 73 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













