İstanbulda İŞİD-ə dəstək verən 46 şübhəli saxlanılıb
İstanbulda İŞİD terror təşkilatına dəstək verdiyi müəyyən edilən 46 şübhəli saxlanılıb.
Sizinxeber.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində İŞİD daxilində fəaliyyət göstərdiyi müəyyən edilən 52 nəfər aşkarlanıb. Şübhəlilərin qanunsuz söhbətlər və dini fəaliyyətlər vasitəsilə təşkilata yeni üzvlər cəlb etməyə çalışdıqları, eləcə də fitrə, zəkat adı altında toplanan pulların təşkilat tərəfdarları üçün istifadə etdikləri müəyyən olunub.
Bununla bağlı İstanbulun doqquz rayonu və Diyarbakır vilayətində keçirilən əməliyyat nəticəsində şübhəlilərdən 46-sı saxlanılıb. Onlardan 40-ı həbs tələbi ilə məhkəməyə göndərilib.
Əməliyyat zamanı şübhəlilərə məxsus silah-sursat və terror təşkilatına aid çox sayda sənəd ələ keçirilib.
Oxşar xəbərlər
İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib, 6 nəfər həbs edilib
Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 46 nəfər saxlanılıb
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 536 nəfər saxlanılıb
Türkiyədə İŞİD üzvü olduğu ehtimal edilən 100 nəfər saxlanılıb
İstanbulda terror aktına hazırlaşan İŞİD üzvü ələ keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
