İran səfiri: Ermənistan-Avropa əlaqələrinin dərinləşməsinin İrəvan-Tehran münasibətlərinə də müsbət təsir göstərəcəyini gözləyirik
sizinxeber.az xəbər saytı

İran səfiri: Ermənistan-Avropa əlaqələrinin dərinləşməsinin İrəvan-Tehran münasibətlərinə də müsbət təsir göstərəcəyini gözləyirik


Tehran Ermənistan, Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini alqışlayır.

Sizinxeber.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib.

"Kommunikasiyaların açılması məsələsində mövqeyimiz məlumdur. Bu, tərəflərin suverenliyinə tam hörmətlə həyata keçirilməlidir", - səfir qeyd edib.

Mehdi Sobhani qeyd edib ki, İran Ermənistanın xarici siyasətini diversifikasiya etməsini onun təbii və suveren hüququ kimi qəbul edir:

"Biz bunu İrana qarşı yönəlmiş addım hesab etmirik. Ermənistan suveren dövlətdir və biz ona öz xarici siyasətini necə qurmağı diktə edə bilmərik. Eyni zamanda, ümid edirik ki, Ermənistanın digər ölkələrlə əlaqələrinin inkişafı da onun İranla əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək. Ermənistan-Avropa əlaqələrinin dərinləşməsinin Ermənistan-İran münasibətlərinə də müsbət təsir edəcəyini gözləyirik. Ermənistan hökuməti bizi əmin edib ki, onun xarici siyasət əlaqələrinin inkişafı İrana qarşı yönəlməyib və biz bu təminatlara inanırıq. Ermənistan İranla dostluğa böyük önəm verir", - diplomat vurğulayıb.

Oxşar xəbərlər

İran səfiri: "3+3" formatından İrəvan və Bakı arasında sülhə nail olmaq üçün istifadə edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvan Türkiyədə “3+3” formatında görüşdə iştirakla bağlı hələ qərar verməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: Üçtərəfli işçi qrup Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Aİ-yə üzvlük təşəbbüsü Ermənistanın suveren hüququdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Politoloq: Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər