İran səfiri: "3+3" formatından İrəvan və Bakı arasında sülhə nail olmaq üçün istifadə edilə bilər
sizinxeber.az xəbər saytı

İran səfiri: "3+3" formatından İrəvan və Bakı arasında sülhə nail olmaq üçün istifadə edilə bilər


Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün "3+3" regional formatından istifadə edilə bilər.

“Sizinxeber.az”un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani İrəvan Dövlət Universitetində "Şanxay ruhunu təşviq etmək: ŞƏT fəaliyyətdə" mövzusunda keçirilən seminarda bildirib.

"İran həm Ermənistan, həm də Azərbaycanla təmasdadır və sərhəddə sabitlik və sülhün tərəfdarıdır. Bu müzakirələr zamanı tərəfləri sülh sazişinin imzalanması istiqamətində hərəkət etməyə çağırırıq. İran hesab edir ki, gərginliyə səbəb olacaq istənilən addımdan çəkinmək lazımdır", - o qeyd edib.

Səfirin sözlərinə görə, İran hakimiyyəti sülhə nail olmaq üçün tərəflərin təklif etdiyi istənilən formatı dəstəkləməyə hazırdır.

"Düşünürəm ki, bu baxımdan "3+3" yaxşı regional formatdır və ondan istifadə edərək sülh sazişinə doğru irəliləmək olar", - M.Sobhani bildirib.

Oxşar xəbərlər

Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçaturyan: Ermənistan Azərbaycanla sülhə nail olmağı hədəfləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“The Wall Street Journal”: Trampın Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq fürsəti var [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bakı-İrəvan sülhü” üçün mübarizə gedir - Badalyan [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər