Türkiyə Prezidenti: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
sizinxeber.az xəbər saytı

Türkiyə Prezidenti: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır


Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu barədə ona Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Qardaşım İlham Əliyevlə keçirdiyim görüşdə, o da Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi. İlham Əliyevin belə bir yanaşma ortaya qoyması çox vacibdir. Çünki Suriyanın hazırda ən mühüm problemi təbii qazdır. Təbii qaz gələcək ki, enerji olsun. Enerji ilə bağlı problem var. Biz də müəyyən nöqtəyə qədər enerji ilə kömək etməyə çalışırıq. Amma bu gün İlham bəydən bu xoş xəbəri alanda, həqiqətən, özümü çox hüzurlu hiss etdim. Mən qayıdan kimi o şad xəbəri energetika nazirimə verəcəm. O da bu barədə Şara (Suriya lideri - red.) bəyə də məlumat verəcək. Allah qoysa, atdığımız addımları Azərbaycanın verəcək dəstəyi ilə birləşdirib bu addımı birlikdə atmaq istəyirik. Artıq sanksiyaların aradan qaldırılması üçün addımlar atılıb. Biz bunu gücləndirməklə davam etdirmək niyyətindəyik”, - deyə Ərdoğan vurğulayıb.

Oxşar xəbərlər

Ərdoğan: Türkiyə terrorla mübarizədə Suriyaya lazım olan dəstəyi verməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Aİ-ni Suriyaya tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Azərbaycan Suriyaya keçid dövründə dəstək göstərməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: İsrail işğal etdiyi ərazilərdən geri çəkilmək məcburiyyətində qalacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər