Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Türkiyə həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri olan ölkədir. Biz gərginliyi diqqətlə izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyə diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanır.
“Ümid edirəm ki, iki ölkə arasındakı neqativ hallar ən qısa zamanda sona çatacaq. Ən böyük arzumuz odur ki, xoşagəlməz hadisələr Rusiya ilə Azərbaycan arasında münasibətlərə bərpaolunmaz zərər vurmasın. Lokal hadisələri və onların nəticələrini öz kontekstindən çıxarmadan həll etmək mümkündür”.
Ərdoğan, bu məsələni Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə müzakirə etdiyini də bildirib:
“Prezident İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır. O, bu məsələni gərginləşdirməyin tərəfdarı deyil”.
Oxşar xəbərlər
Ərdoğan: Azərbaycan və Rusiya problemin öhdəsindən gəlmək səviyyəsinə malik dost ölkələrdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan ABŞ-a səfər edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Yunanıstanın baş naziri Miçotakis ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Zelenski ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












