Trampın nümayəndəsi: Əsas məqsəd Suriyanın terrorçuluğu maliyyələşdirməyən dövlət olduğunu elan etməkdir
“Donald Trampın əsas məqsədi Suriyanın hazırkı hakimiyyətinə səlahiyyət vermək, eləcə də Suriyanın terrorçuluğu maliyyələşdirməyən dövlət olduğunu tez bir zamanda elan etməkdir”
Sizinxeber.az “Al-Arabiya” nəşrinə xəbər verir ki, bunu ABŞ-nin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Tomas Barrak bildirib.
ABŞ səfirinin Dəməşqdəki iqamətgahında çıxış edən Tomas Barrak əlavə edib ki, Ağ Ev rəhbərinin əsas məqsədi hər hansı müdaxilə etmədən yeni hökumətə şans verməkdən ibarətdir.
Tomas Barrak Konqresin bu istiqamətdəki addımları dəstəklədiyini də sözlərinə əlavə edib.
Diplomat Suriyada İŞİD ilə mübarizə məsələsinə də toxunub. Onun sözlərinə görə, Donald Tramp bu ekstremist qruplaşmanın kökünü tamamilə kəsmək istəyir:
“ABŞ hərbçiləri İŞİD ilə mübarizədə üzərinə düşən missiyanı 99 faiz yerinə yetirib” – o qeyd edib.
Oxşar xəbərlər
Tramp milyarder Tomas Barrakı ABŞ-nin Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərib
Tramp ABŞ-nin Türkiyədəki səfiri vəzifəsinə investor Barrakı irəli sürüb
Tramp ABŞ-nin Türkiyədəki səfirini Suriya üzrə elçi təyin edib
Ərdoğan: Suriyanın ərazi bütövlüyü Türkiyənin dəyişməz xəttidir
Türkiyə XİN: Suriyada azlıqlara zülm olarsa, Ankara lazımi addımlar atacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













