Tramp ABŞ-nin Türkiyədəki səfirini Suriya üzrə elçi təyin edib
sizinxeber.az xəbər saytı

Tramp ABŞ-nin Türkiyədəki səfirini Suriya üzrə elçi təyin edib


ABŞ Prezidenti Donald Tramp ölkəsinin Türkiyədəki səfiri Tomas Barrakı Suriyada elçi təyin edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ağ ev rəhbəri sosial şəbəkədə bildirib.

“Mən məmnuniyyətlə elan edirəm ki, ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak Suriyada elçimiz kimi xidmət edəcək. Tom radikalizmi dayandırmaq, münasibətləri yaxşılaşdırmaq, Yaxın Şərqdə sülhü təmin etmək məqsədilə Suriyada işləməyin potensialının nə qədər böyük olduğunu anlayır. Birlikdə hərəkət edərək, biz Amerikanı və dünyanı yenidən təhlükəsiz edəcəyik”, – o yazıb.

Daha əvvəl mayda ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, Amerika iqtidarı yaxın zamanda Suriya hökumətinin süqut etməsi ehtimalından narahatdır, buna görə də Vaşinqton Dəməşqə dəstək verməyə hazırdır.

Oxşar xəbərlər

Tramp ABŞ-nin Türkiyədəki səfiri vəzifəsinə investor Barrakı irəli sürüb
Tramp milyarder Tomas Barrakı ABŞ-nin Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərib
ABŞ-ın Türkiyədəki səfiri prezidentin Suriya üzrə nümayəndəsi təyin edilib
KİV: Tramp Ukrayna üzrə xüsusi elçi təyin etməyi planlaşdırır
Prezident: Azərbaycan Türkiyə ilə birlikdə Suriyanın humanitar problemlərinin aradan qaldırılmasına dəstək verməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər