KİV: Danışıqlardan sonra ABŞ-da Rusiyaya qarşı sanksiya çağırışları güclənib
sizinxeber.az xəbər saytı

KİV: Danışıqlardan sonra ABŞ-da Rusiyaya qarşı sanksiya çağırışları güclənib


ABŞ Koqresinin bəzi üzvləri İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarından sonra Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi çağırışlarını gücləndiriblər.

Sizinxeber.az xəbər verir ki, bu barədə cümə günü “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, atəşkəs danışıqlarında cüzi irəliləyiş fonunda amerikalı senatorlar Konqresə Rusiyaya qarşı sanksiyaları təsdiqləmək çağırışlarını təzələyiblər.

Agentliyin məlumatına görə Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı əsas və ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini 100 Senat üzvündən 73-ü dəstəkləyir.

“Reuters” qeyd edib ki, hər iki palata üzvləri qanun layihələri üzrə səsvermənin tarixini açıqlamayıblar.

Oxşar xəbərlər

Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
ABŞ senatı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır
KİV: Konqresdə demokratlar Rusiyaya sanksiyaların sərtləşdirilməsini təklif edirlər
Konqresdə demokratlar Rusiyaya sanksiyaların sərtləşdirilməsini təklif edirlər
Zelenski Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərtlərini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər