ABŞ xarici kinematoqrafiya məhsullarına 100%-lik rüsum tətbiq edəcək
sizinxeber.az xəbər saytı

ABŞ xarici kinematoqrafiya məhsullarına 100%-lik rüsum tətbiq edəcək


ABŞ hökuməti xarici kinematoqrafiyaya 100% miqdarında gömrük rüsumları tətbiq edəcək.

APA xəbər verir ki, bu barədə bazar günü ABŞ prezidenti Donald Tramp açıqlama verib.

"Amerikada kino sənayesi çox sürətlə ölür. Digər ölkələr kinorejissorlarımızı və studiyalarımızı Birləşmiş Ştatlardan uzaqlaşdırmaq üçün hər cür təşviqlər təklif edir. Hollivud və Birləşmiş Ştatlarda bir çox başqa sənayelər iflas edir. Bu, digər ölkələrin birgə səyidir və buna görə də milli təhlükəsizliyə təhdiddir. Hər şeydən əlavə, bu, həm də məlumatların yayılmasıdır. Amerika Birləşmiş Ştatlarının Ticarət Nümayəndəliyi ölkəmizə gələn və başqa ölkələrdə istehsal olunan bütün filmlərə 100 faizlik gömrük rüsumunun tətbiqi prosesinə dərhal başlasın”, - o deyib.

Oxşar xəbərlər

ABŞ idxal olunan bütün məhsullara azı 10 faiz rüsum tətbiq edəcək
ABŞ martda bir sıra məhsullara idxal rüsumu tətbiq edəcək
Prezident İlham Əliyev və Donald Tramp arasında telefon danışığı baş tutub
Donald Tramp Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Çin TikToku satsa ABŞ bu ölkəyə qarşı tətbiq olunan rüsumları yumşaldacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər