Çin TikToku satsa ABŞ bu ölkəyə qarşı tətbiq olunan rüsumları yumşaldacaq
Çin TikTokun ABŞ-da fəaliyyətini davam etdirməsi üçün satışını təsdiqləsə, ABŞ bu ölkənin məhsullarına rüsumları azalda bilər.
Sizinxeber.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"TikToku almaq üçün bir çox yol var və biz ölkəmiz üçün ən yaxşısını tapacağıq. Mən ölkəmizə hər şeydən çox əhəmiyyət verirəm. TikToka gəlincə, Çin bu işdə rol oynamalıdır. Bəlkə sövdələşməni təsdiqləyəcəklər. Ola bilər ki, mən onlara qarşı tətbiq olunan rüsumları bir az endirim və ya buna nail olmaq üçün onlara nə isə verim. Bilirsiniz, siyahıdakı hər mala qarşı tətbiq olunan rüsum TikTokdan daha baha başa gəlir. Ona görə də Çini buna məcbur etmək üçün mən misal olaraq rüsumları endirə bilərəm”, - Tramp deyib.
Oxşar xəbərlər
ABŞ Çin mallarına tətbiq olunan rüsumların ləğvini müzakirə edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ martda bir sıra məhsullara idxal rüsumu tətbiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Prezidenti bəzi ölkələrə qarşı qarşılıqlı tariflər elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Çinə qarşı rekord idxal rüsumlarını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çinin xarici işlər naziri ABŞ tariflərini tənqid edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













