ABŞ martda bir sıra məhsullara idxal rüsumu tətbiq edəcək
ABŞ hökuməti mart ayında avtomobillərə, yarımkeçiricilərə, əczaçılıq məhsullarına və taxta materiallara idxal rüsumları tətbiq etməyi planlaşdırır.
Sizinxeber.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp açıqlama verib.
"Yaxın bir ayda və ya daha tez, mən avtomobillərə, yarımkeçiricilərə, əczaçılıq məhsullarına, dərmanlara və ağaclara idxal rüsumları elan edəcəyəm. Ola bilsin ki, bu rüsumlar bəzi digər məhsullara da şamil edilsin", - o, Səudiyyə Ərəbistanı tərəfindən Mayamidə təşkil etdiyi investisiya forumunda deyib.
O, bunun Amerika Birləşmiş Ştatlarına böyük təsiri olacağına və ölkənin öz biznesini qaytardığını bildirib.
Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ-nin xarici avtomobillərə təxminən 25% rüsum tətbiq etmək niyyətində olduğunu və analoji rüsumların əczaçılıq məhsullarına da tətbiq oluna biləcəyini deyib.
Oxşar xəbərlər
ABŞ narkotik vasitələrin daşınması şübhəsi ilə Çinə əlavə rüsumlar tətbiq edəcək
Vaşinqton yarımkeçiricilər və əczaçılıq məhsullarının idxalına rüsumlar tətbiq edəcək
Tramp cavab rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb
Tramp Çinə qarşı rekord idxal rüsumlarını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
