Tramp ABŞ limanlarında Rusiya gəmilərinə qoyulan qadağanı bir il müddətinə uzadıb
ABŞ prezidenti Donald Tramp Rusiya bayrağı altında üzən və ya başqa şəkildə Rusiya Federasiyası ilə əlaqəli olan gəmilərin ABŞ limanlarına qəbuluna qoyulan qadağanı daha bir il müddətinə uzadıb.
APA xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrində yer alan sənəddə deyilir.
Qeyd olunur ki, qadağa Rusiyaya qoşulan bütün gəmilər üçün parklanma və ABŞ limanlarına hərəkətə şamil edilir.
“Rusiya Federasiyası ilə bağlı milli fövqəladə vəziyyəti və Rusiyaya aid gəmilərin ABŞ limanlarına girişini və hərəkətini tənzimləmək üçün fövqəladə vəziyyətin səlahiyyətlərini bir il müddətinə uzadıram”, - sənəddə deyilir.
Qeyd edək ki, Rusiya Federasiyasına qarşı fövqəladə vəziyyət 2022-ci il aprelin 21-də ABŞ-ın keçmiş prezidenti Co Bayden dövründə qəbul edilib.
Oxşar xəbərlər
Bayden Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb
Tramp Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb
Rusiya istehsalçılar üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
Bayden İrana qarşı tətbiq edilən sanksiyaların müddətini uzadıb
Tramp: Rusiya hərəkətə keçməlidir, müharibədə həftədə minlərlə insan ölür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













