Tramp Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb
sizinxeber.az xəbər saytı

Tramp Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb


ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar paketinin daha bir il müddətinə uzadılması ilə bağlı sərəncam imzalayıb.

APA xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Federal Reyestrində yer alıb.

Söhbət 15 aprel 2021-ci il tarixində qüvvəyə minmiş 14024 nömrəli sərəncamdan gedir.

Həmin sərəncam ABŞ-ın o zamankı prezidenti Co Bayden tərəfindən imzalanmış və onun administrasiyası tərəfindən dəfələrlə genişləndirilmişdi.

Xatırladaq ki, bu ilin mart ayında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Moskva sözügedən sanksiyaları qeyri-qanuni hesab edir və onların ləğvini gözləyir.

Oxşar xəbərlər

Bayden Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb
Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır
Aİ Şurası Rusiyaya qarşı sanksiyaları uzadıb
Aİ Şurası Rusiyaya qarşı bütün sanksiyaları uzadıb
Bayden Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər