Rusiya istehsalçılar üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
sizinxeber.az xəbər saytı

Rusiya istehsalçılar üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır


Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır, lakin digər tədarükçülər üçün bu qadağa daha bir ay müddətinə uzadılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Benzinin ixracına 2024-cü ilin sonuna qədər tətbiq edilən müvəqqəti qadağa 31 yanvar 2025-ci ilədək uzadılıb. Məhdudiyyət neft məhsullarının birbaşa istehsalçıları tərəfindən həyata keçirilən tədarüklərə şamil edilməyəcək”, - qərarda deyilir.

Bildirilir ki, qərar daxili yanacaq bazarında sabit vəziyyəti saxlamaq, neft emalı iqtisadiyyatını dəstəkləmək, avtomobil benzininin “boz” ixracına qarşı mübarizə məqsədilə qəbul edilib.

Xatırladaq ki, bu il sentyabrın 1-dən Rusiyadan bütün növ benzinin ixracına qadağa qoyulub. İstisna hökumətlərarası sazişlər əsasında və yalnız 2022-ci ildə 1 milyon tondan çox neft emal etmiş istehsalçılar üçün Avrasiya İqtisadi Birliyi ölkələrinə tədarüklərə olub. Qadağanın müddəti dekabrın 31-də başa çatırdı, noyabrın əvvəlində Rusiya Baş nazirinin müavini Aleksandr Novak qadağanın vaxtından əvvəl ləğv edilməsi təklifinin olduğunu söyləmişdi.

Oxşar xəbərlər

Rusiyadan benzin ixracına qoyulan qadağa ilin sonuna qədər uzadılıb
Avropa Komissiyası: Almaz idxalına qadağa Rusiyanı ildə 4 milyard avrodan məhrum edəcək
Rusiya sanksiyalara cavab olaraq ABŞ-yə uran ixracını məhdudlaşdırıb
Qazaxıstan buğda idxalına qoyulan qadağanı ilin sonuna qədər uzadıb
ABŞ Rusiyadan dəniz məhsullarının idxalına qadağa qoyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər