Peruda ticarət mərkəzinin damı uçub: 8 nəfər ölüb, 80 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Peruda ticarət mərkəzinin damı uçub: 8 nəfər ölüb, 80 nəfər yaralanıb


Cənubi Amerika ölkəsi Peruda bir alış-veriş mərkəzinin tavanının çökməsi nəticəsində görə 8 nəfər həyatını itirib, 80 nəfər isə yaralanıb.

APA xəbər verir ki, Peru Daxili İşlər Nazirliyi, ölkənin üçüncü böyük şəhəri olan Truxillodaki alış-veriş mərkəzinin tavanının çökməsi hadisəsi barədə açıqla verib.

Açıqlamada bildirilir ki, hadisədə 3-ü uşaq olmaqla 8 nəfər həyatını itirib, 80 nəfər yaralanıb: “Dağıntılar altında qalan bütün şəxslərin xilas edilməsi üçün başda yanğınsöndürənlər olmaqla bütün axtarış-xilasetmə qrupları səfərbər edilib. Bu faciəvi hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma başlayıb”.

Fövqəladə Hallar Əməliyyat Mərkəzinin (COER) açıqlamasında, tavanın bir hissəsinin hələ də yerində olduğu, lakin çökmə riskinin davam etdiyi bildirilib.

Tavanın, uşaq əyləncə parkı və kinoteatrların da yerləşdiyi restoranın üzərinə düşdüyü üçün ölü sayının artacağı gözlənilir.

Oxşar xəbərlər

Tailandda sel və torpaq sürüşməsi nəticəsində 22 nəfər ölüb, 19 nəfər yaralanıb
Misirdə bina çöküb, 8 nəfər ölüb
Bu il 505 yol-nəqliyyat hadisəsi baş verib, 344 nəfər ölüb
FHN: Ötən sutka 23 yanğına çıxış olub, 4 nəfər xilas edilib
Bu il 505 yol-nəqliyyat hadisəsi baş verib, 344 nəfər vəfat edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər