ABŞ-də avtomobili izdihamın üzərinə sürən şəxsin kimliyi müəyyən edilib - YENİLƏNİB 4
sizinxeber.az xəbər saytı

ABŞ-də avtomobili izdihamın üzərinə sürən şəxsin kimliyi müəyyən edilib - YENİLƏNİB 4


Yeni il gecəsi Luiziana ştatının Nyu-Orlean şəhərinin mərkəzində terror aktı törədən şəxs hadisədən iki gün əvvəl İgl-Pass şəhəri yaxınlığından Meksika sərhədindən keçərək ABŞ-a daxil olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

CBS telekanalı isə şübhəlinin adının Şəmsud Din Cabbar olduğu haqda məlumat yayıb. Bu məlumatı iki federal məmur telekanala təsdiqləyib.

Hüquq mühafizə orqanları şübhəlinin xarici terror təşkilatları ilə əlaqəsi olub-olmadığını araşdırır.

***

20:41

Luiziana ştatının Nyu-Orlean şəhərində yeni il gecəsi şəhərin mərkəzində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində yaralananların sayı 35-ə yüksəlib.

Sizinxeber.az xəbər verir ki, bu haqda Nyu-Orlean polisi məlumat yayıb.

“Hadisə nəticəsində 10 nəfər həlak olub, yaralananların sayı isə 35-dir”, - deyə məlumatda bildirilir.

Xəsarət alanların vəziyyəti ilə bağlı isə hələlik məlumat verilməyib.

Qeyd olunur ki, hadisə yerli vaxtla saat 03:17 radələrində Burbon küçəsi ilə Kanal küçəsinin kəsişməsində baş verib.

Cinayətkar polisə atəş açıb və cavab atəşi ilə öldürülüb. Hüquq-mühafizə orqanları hələ ki, hücum edənin kimliyi və hücumun motivləri barədə məlumat verməyib.

***

18:19

Nyu-Orlean şəhərinin meri Latoya Kantrell bu şəhərdə avtomobilin piyadaların üzərinə sürülməsi ilə bağlı Ağ ev ilə əlaqə saxladığını bildirib.

Sizinxeber.az xəbər verir ki, mer bunu Amerika telekanallarının yayımladığı mətbuat konfransında söyləyib.

O deyib ki, Ağ ev və Luiziana qubernatoru Ceff Landri ilə əlaqədədir.

Mətbuat konfransında ondan sonra çıxış edən Federal Təhqiqatlar Bürosunun (FTB) nümayəndəsi Aleta Dankan qeyd edib ki, xüsusi xidmət orqanı hələlik olayı terror aktı kimi təsnif etmir.

Qeyd edək ki, mer avtomobilin kütləni vurmasını terror aktı kimi qiymətləndirib.

***

17:23

Nyu-Orlean şəhərinin meri Latoya Kantrell bu şəhərdə avtomobilin piyadaların üzərinə sürülməsi ilə bağlı Ağ ev ilə əlaqə saxladığını bildirib.

Sizinxeber.az xəbər verir ki, mer bunu Amerika telekanallarının yayımladığı mətbuat konfransında söyləyib.

O deyib ki, Ağ ev və Luiziana qubernatoru Ceff Landri ilə əlaqədədir.

Mətbuat konfransında ondan sonra çıxış edən FTB nümayəndəsi Aleta Dankan qeyd edib ki, xüsusi xidmət orqanı hələlik olayı terror aktı kimi təsnif etmir.

Qeyd edək ki, mer avtomobilin kütləni vurmasını terror aktı kimi qiymətləndirib.

***

17:23

Yeni Orleanda izdihamın üzərinə sürən avtomobilin sürücüsü bunu çox güman ki, qəsdən edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABC News polisə istinadən xəbər verir.

Bundan başqa, ABŞ-ın Yeni Orlean şəhərinin meri avtomobilin kütləni vurmasını terror aktı adlandırıb.

Oxşar xəbərlər

ABŞ-də avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində 10 nəfər ölüb, yaralı sayı 35-ə çatıb - YENİLƏNİB 3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
FTB: Luizianada avtomobilin insanların üzərinə sürülməsi terror aktı kimi təhqiq ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də insanların üzərinə avtomobilini sürmüş şəxsin kimliyi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-ın Yeni Orlean şəhərinin meri avtomobilin kütləni vurmasını terror aktı adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni Orleanda insanların üstünə avtomobilin sürülməsi barədə Ağ Ev məlumatlandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər