ABŞ Gürcüstan rəsmilərinə qarşı əlavə sanksiyalar hazırlayır
sizinxeber.az xəbər saytı

ABŞ Gürcüstan rəsmilərinə qarşı əlavə sanksiyalar hazırlayır


ABŞ Gürcüstana qarşı əlavə sanksiyalar hazırlayır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı deyib. O, hazırkı administrasiyanın Gürcüstan rəsmilərinə əlavə sanksiyalar tətbiq etmək üçün kifayət qədər vaxtı qaldığını deyib.

“4-5 həftə kifayt qədər uzundur, 4-5 həftə ərzində çox şey baş verə bilər. Bu administrasiyanın kifayət qədər vaxtı va. Fakt budur ki, biz gürcü xalqı ilə həmrəyik və onların Avro-atlantik istəklərini dəstəkləyirik. Dövlət katibi Blinkenin daha əvvəl dediyi kimi, biz Gürcüstanda demokratiyaya zərbə vuranlara qarşı sanksiyalar da daxil olmaqla əlavə tədbirlər hazırlayırıq”, - Vedant Patel deyib.

Oxşar xəbərlər

ABŞ Gürcüstan hökumətinə qarşı əlavə sanksiyalar tətbiq edəcək
Kobaxidze: Gürcüstana qarşı sanksiyalar səmərəsizdir
ABŞ Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq edəcək
Litva “Gürcü arzusu”nun yaradıcısı İvanişviliyə qarşı sanksiyalar tətbiq edib
Blinkenin İsrailə səfər edəcəyi tarix məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər