ABŞ Dövlət Departamenti F-16 üçün avadanlıqların Kiyevə mümkün satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti ümumi dəyəri 266,4 milyon dollar olan F-16 döyüş təyyarələri üçün müxtəlif sistemlərin Ukraynaya satışına, eləcə də onlara texniki xidmət göstərilməsinə icazə verib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Pentaqonun nəzdindəki hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Bəyanatda Kiyevin Vaşinqtondan döyüş təyyarələri, proqram təminatı və ehtiyat hissələri, o cümlədən F-16 mühərrikləri üçün idarəetmə sistemlərinin alınmasına icazə istədiyi bildirilib.
Bundan əlavə, Ukrayna hakimiyyət orqanları müxtəlif təyyarələrə texniki qulluq tələb edib.
ABŞ tərəfi hesab edir ki, saziş Ukraynanın cari və gələcək təhdidlərə cavab vermək imkanlarını genişləndirəcək.
Oxşar xəbərlər
Dövlət Departamenti Ər-Riyada 1 milyard dollarlıq silah satışına icazə verib
ABŞ Cənubi Koreyaya F-15 təyyarələrinin modernləşdirilməsi üçün avadanlıq satışına icazə verib
Dövlət Departamenti Tayvana 228 milyon dollar dəyərində ehtiyat hissələrin satışına icazə verib
ABŞ İsrailə 19 milyard dollar dəyərində F-15 qırıcı təyyarələrinin satışını təsdiqləyib - YENİLƏNİB
Dövlət Departamenti Niderlanda "Patriot"ların 224 milyon dollara satışını təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













