ABŞ Cənubi Koreyaya F-15 təyyarələrinin modernləşdirilməsi üçün avadanlıq satışına icazə verib
sizinxeber.az xəbər saytı

ABŞ Cənubi Koreyaya F-15 təyyarələrinin modernləşdirilməsi üçün avadanlıq satışına icazə verib


ABŞ Dövlət Departamenti F-15 qırıcılarının modernləşdirilməsi üçün Koreya Respublikasına dəyəri 6,2 milyard dollardan çox olan avadanlığın mümkün satışını təsdiqləyib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Qeyd edək ki, sözügedən qurum hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.

Seul F-15K döyüş təyyarələri parkını modernləşdirmək üçün avadanlıq və xidmətlərin alınmasını xahiş edib.

Hərbi yardım paketinə 96 kompüter, 70 radar, 70 elektron döyüş dəsti və 70 raket xəbərdarlığı sistemi daxildir.

Oxşar xəbərlər

Dövlət Departamenti Ər-Riyada 1 milyard dollarlıq silah satışına icazə verib
Dövlət Departamenti Cənubi Koreyaya 36 ədəd “Apache” helikopterinin satışını təsdiqləyib
ABŞ İsrailə 19 milyard dollar dəyərində F-15 qırıcı təyyarələrinin satışını təsdiqləyib - YENİLƏNİB
Dövlət Departamenti Cənubi Koreyaya 36 “Apache” helikopterinin satışını təsdiqləyib
Dövlət Departamenti Tayvana 228 milyon dollar dəyərində ehtiyat hissələrin satışına icazə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər