G7 ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir
Yeddilik Qrupu (G7) dövlətləri Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqi imkanlarını nəzərdən keçirir.
Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken G7 ölkələrinin xarici işlər nazirlərinin İtaliyada keçirilən görüşünün yekunları üzrə mətbuat konfransında bildirib.
Blinkenin sözlərinə görə, G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunacaq gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq kredit köçürmək üçün hazırlıqları yekunlaşdırır.
“Keçən həftə Birləşmiş Ştatlar Rusiyanın maliyyə sektoruna, o cümlədən “Qazprombank”a qarşı bu günə qədər ən son sanksiyaları tətbiq etdi, məncə, G7 ölkələrindən də əlavə addımlar gözləyə bilərik”.
Qeyd edək ki, noyabrın 21-də ABŞ Maliyyə Nazirliyi Rusiya əleyhinə yeni sanksiyalar paketini açıqlayıb.
Oxşar xəbərlər
“G7” ölkələri ABŞ-dan sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Böyük Britaniya Rusiya və İrana qarşı yeni sanksiyaları açıqlayıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
