NYT: Trampın son çıxışları getdikcə daha uzun olub daha çox çılğınlaşır
sizinxeber.az xəbər saytı

NYT: Trampın son çıxışları getdikcə daha uzun olub daha çox çılğınlaşır


Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın ictimaiyyət qarşısında son çıxışları getdikcə daha uzun və daha çox çılğınlaşır.

APA xəbər verir ki, “The New York Times” (NYT) bunun, idrak qabiliyyətinin azalmasının əlaməti ola biləcəyini yazıb.

Jurnalistlər Trampın çıxışlarını qiymətləndirmək üçün kompüter analizindən istifadə ediblər. Nəticədə onun 2015-ci ildə siyasi səhnəyə ilk çıxmasından sonra aparılan təhlillər nəticəsində dəyişiklik əlamətləri aşkarlanıb.

"O, həmişə ziddiyyətli və çox vaxt həqiqətdən uzaq idi, lakin zaman keçdikcə onun çıxışları daha qaranlıq, daha sərt, uzun, qəzəbli, daha az diqqət mərkəzində oldu", - deyə nəşr bildirib.

Qəzet Trampın səhhətinin onun kampaniyasının cavab vermək istəmədiyi suallar doğurduğunu bildirib.

Yazıda ürəklə bağlı risklərə, iyuldakı sui-qəsd cəhdinin mümkün nəticələrinə və yaşa görə təbii olan zehni qabiliyyətlərin azalmasına diqqət çəkilib.

Oxşar xəbərlər

FTB Trampın sui-qəsd cəhdi zamanı güllələndiyini təsdiqləyib
Kobaxidze: Trampın qələbəsi Ukrayna müharibəsini daha tez başa çatdıra bilər
Trampa qarşı sui-qəsdə cəhd edən şəxs saxlanılıb - YENİLƏNİB2
İlon Mask “Google”un ABŞ-da seçkilərə müdaxilə etdiyini iddia edib
Tramp Zelenski ilə görüşməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər