"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
sizinxeber.az xəbər saytı

"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib


Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirində mükafatçılar bəlli olub.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində final və üçüncülük görüşləri keçirilib.

Üçüncü yer uğrunda görüşdə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin komandası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin komandasına 7:2 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.

Sonra Fövqəladə Hallar Nazirliyini (FHN) və Ədliyyə Nazirliyini təmsil edən komandalar arasında final qarşılaşması keçirilib. 700-ə yaxın tamaşaçının izlədiyi həlledici matçı 4:3 hesablı üstünlüklə tamamlayan FHN təmsilçiləri turnirin qalibi olublar.

Görüşdən sonra mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, fövqəladə hallar nazirinin müavini Ələsgər Ələsgərov Naxçıvan Futbol Federasiyasının (NFF) vitse-prezidenti Arif Xudiyev, baş katib Raqif Abbasov və futzal üzrə milli komandanın kapitanı Emin Kürdov iştirak ediblər. İlk üç yerin sahibləri diplom və medallarla mükafatlandırılıb. Məcid Seyidov turnirin baş mükafatı olan "Heydər Əliyev Kuboku"nu qalib komandaya təqdim edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyası və NFF-nin birgə təşkilatçılığı ilə mayın 16-da start götürən ənənəvi turnirdə 20 komandanın iştirakı ilə ümumilikdə 48 görüş keçirilib.

Oxşar xəbərlər

Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçiriləcək
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin püşkatması keçirilib
Naxçıvanda futzal turnirində növbəti mərhələyə yüksələn komandalar bəlli olub
Basketbol üzrə muxtar respublika birinciliyinin qalibi bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər