Avstraliya sosial şəbəkələrin uşaqlarla bağlı qadağanı pozmasına görə cərimələri iki dəfə artırmaq niyyətindədir
Avstraliya 16 yaşdan kiçik uşaqlar tərəfindən sosial şəbəkələrin istifadəsinə qoyulan qadağaya riayət etmədiklərinə görə texnoloji şirkətlər üçün maksimal cərimə məbləğini ikiqat artırmaq niyyətindədir.
"Sizinxeber.az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Avstraliya hökumətinin bəyanatında bildirilib.
Qanunvericiliyə təklif edilən dəyişikliklərə əsasən, yaş məhdudiyyətlərinin sistematik şəkildə pozulmasına görə maksimal cərimə 49,5 milyon Avstraliya dollarından 99 milyon Avstraliya dollarına (təxminən 68 milyon ABŞ dolları) qədər artırılacaq.
Bundan əlavə, hökumət İnternet təhlükəsizliyi məsələləri üzrə komissarın səlahiyyətlərini genişləndirməyi planlaşdırır ki, o, sosial platformalardan 16 yaşdan kiçik istifadəçilərin qeydiyyatının qarşısını almaq üçün görülən tədbirlərin sübutlarını tələb edə bilsin. O, həmçinin yaşın yoxlanılması xidmətlərinin təchizatçıları və tətbiq mağazalarının sahibləri də daxil olmaqla üçüncü tərəflərdən məlumat tələb etmək səlahiyyətinə malik olacaq.
Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib ki, tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, iri texnoloji şirkətlər qanuna riayət etmək üçün kifayət qədər iş görmürlər.
"Sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddi tətbiq edildikdən sonra müzakirələrin dəyişməsi və müşahidə etdiyimiz qlobal tendensiya mənə ümid verir, lakin aydındır ki, iri texnoloji şirkətlər qanuna riayət etmək üçün kifayət qədər iş görmürlər - sosial şəbəkələrdə hələ də həddindən artıq çox uşaq var", - Albaneze deyib.
Hökumətin məlumatına görə, qadağa qüvvəyə mindiyi vaxtdan etibarən 16 yaşından kiçik istifadəçilərin 5 milyondan çox hesabı deaktiv edilib və ya məhdudlaşdırılıb.
Lakin çoxsaylı tədqiqatlar göstərib ki, uşaqlar texnoloji şirkətlər tərəfindən tətbiq edilən yaşın təsdiqlənməsi mexanizmlərindən, o cümlədən selfi vasitəsilə yoxlamadan asanlıqla keçirlər. Bir çox hallarda onlardan ümumiyyətlə yaşlarını təsdiq etmələri tələb olunmayıb.
Bu həftə "British Medical Journal"da dərc olunan və 408 yeniyetmənin iştirak etdiyi tədqiqata əsasən, 12-15 yaş arası avstraliyalıların 85 %-i qadağa qüvvəyə mindikdən üç ay sonra da sosial şəbəkələrdən istifadə etməyə davam ediblər.
Oxşar xəbərlər
Avstraliya parlamentinin aşağı palatası yeniyetmələr üçün sosial şəbəkələrə qadağa qoyulmasını təsdiqləyib
Avstraliya əhalisi 28 milyon nəfəri keçib
Avstraliya və Vanuatu arasında 327 milyon dollarlıq saziş imzalanacaq
Kanadada 16 yaşadək uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan oluna bilər
“X” sosial şəbəkəsi işinin bərpası üçün Braziliyaya 5 milyon dollar cərimə ödəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
