Özbəkistanda 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə girişi məhdudlaşdıra bilərlər
sizinxeber.az xəbər saytı

Özbəkistanda 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə girişi məhdudlaşdıra bilərlər


Özbəkistanda 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə girişin qanunvericiliklə məhdudlaşdırılması imkanı nəzərdən keçirilir.

"Sizinxeber.az" Özbəkistan mediasına istinadən xəbər verir ki, bu barədə məktəbəqədər və məktəb təhsili naziri Ezozxon Karimova bildirib.

Nazir qeyd edib ki, bu məsələ artıq deputatlar və senatorlarla müzakirə olunub. Hazırda ictimai müzakirəyə çıxarılması planlaşdırılan mümkün qanun layihəsi üzərində iş aparılır.

Karimovanın sözlərinə görə, uşaqların smartfonlardan istifadəsini tamamilə aradan qaldırmaq qeyri-mümkündür, lakin onlardan istifadəni tənzimləmək və müvafiq mədəniyyət formalaşdırmaq lazımdır.

O xatırladıb ki, məktəblərdə bu qaydalar artıq qüvvədədir və onlara əsasən şagirdlər təhsil müəssisələrinə daxil olmazdan əvvəl mobil telefonlarını təhvil verməlidirlər. Nazir vurğulayıb ki, lakin bu normalara hər yerdə əməl olunmur.

"İndi biz bunu daha ciddi nəzarətə götürmək və 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsini qanunvericiliklə məhdudlaşdırmaq istəyirik", - Karimova deyib.

Oxşar xəbərlər

Norveçdə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışı məhdudlaşdırıla bilər
Böyük Britaniya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunub
Culia Bekker 16 yaşa çatmayanların smartfon və sosial şəbəkələrdən istifadələrinə qadağanın tərəfdarıdır
Kanadada 16 yaşadək uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan oluna bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər