ABŞ-ın Qəzza ilə bağlı yeni planında 90% razılıq əldə olunub
Qəzza zolağında ABŞ-ın yeni atəşkəs planı faktiki olaraq 90% razılaşdırılıb və 18 bənddən ibarətdir.
Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi anklavda atəşkəs danışıqları ilə bağlı jurnalistlər üçün keçirilən xüsusi onlayn brifinqdə bildirib.
"Sövdələşmədə ümumilikdə 18 bənd var. Onlardan 14-ü tamamlanıb və deməliyəm ki, sövdələşmə üzrə əvvəlki təkliflərlə eynidir. Bir bənddə sırf texniki düzəliş var. Geri qalan üç paraqraf isə iyulun 2-də HƏMAS-ın bəyanatında deyildiyi kimi, hələ də müzakirə edilməli olan əsir və girovların mübadiləsi ilə bağlıdır. Beləliklə, faktiki olaraq, bu müqavilənin 90%-i artıq razılaşdırılıb. Razılaşdırılan bəndlər həmçinin HƏMAS-ın öz təklifində irəli sürdüyü humanitar yardımlar üçün şərtləri də nəzərdə tutur”, - deyə ABŞ rəsmisi bildirib.
ABŞ administrasiyasının rəsmisi həmçinin bildirib ki, saziş üç əsas komponentdən ibarətdir. Bunlardan birincisi humanitardır və Qəzza sakinlərinə şamil olunur.
İkincisi, əsirlərin dəyişdirilməsi, yəni girovların fələstinli məhbuslarla dəyişdirilməsini, üçüncü hissə isə atəşkəs razılaşmalarının necə olacağını əhatə edir.
Oxşar xəbərlər
Blinken İsrailə səfər edəcək
Ərdoğan Baydenlə telefonla danışıb
Ermənistan sülh müqaviləsinə dair növbəti təklifləri Azərbaycana göndərib
KİV: Dohada Qəzza üzrə danışıqlarda irəliləyiş əldə olunub
Ermənistan sülh müqaviləsinin yekun variantına dair təklifləri Azərbaycana göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












