Ermənistan sülh müqaviləsinin yekun variantına dair təklifləri Azərbaycana göndərib
sizinxeber.az xəbər saytı

Ermənistan sülh müqaviləsinin yekun variantına dair təklifləri Azərbaycana göndərib


Biz ötən gün rəsmi Bakıya Sülh müqaviləsinin yekun variantına dair təkliflərimizi təqdim etmişik.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.

O deyib ki, sülh razılaşmasının yekun variantında mündəricat da daxil olmaqla, mövcud 17 bənddən 13-ü artıq razılaşdırılıb. Ermənistanın hökumət başçısının sözlərinə görə, sənəddəki bəndlərdə yer alan bir çox anlayışlar üzrə də razılıq əldə olunub:

“Bəndlərdəki bir çox anlayışlar razılaşdırılıb. Bizim təklifimiz ondan ibarətdir ki, razılaşdırılan bütün bəndlərin əsasında sülh müqaviləsini imzalayaq. Bunu ona görə vacib hesab edirik ki, bu bəndlərdə müqavilənin bütün əsas prinsipləri razılaşdırılıb. Ona görə də təklif edirik ki, sənədi imzalayıb ratifikasiya edək, digər məsələləri isə daha sonra razılaşdıraq”.

Oxşar xəbərlər

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək
Miller: ABŞ Bakı və İrəvan arasında sülh müqaviləsinin əldə olunması üçün fəaliyyətini davam etdirir
Nazir: Sülh sazisinin başa çatdırılması üçün əsas əngəl Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarıdır
Zaxarova: Bakı və İrəvan arasında arasında balanslaşdırılmış sazişin bağlanmasını sülhün əsası hesab edirik
Peter Stano: Ermənistan-Aİ danışıqlarının üzvlüyə namizədlik imkanları ilə əlaqəsi yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər