Bessent: ABŞ İran tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verir
ABŞ Prezident Administrasiyasında Hörmüz boğazında hərəkətin təbii şəkildə bərpa olunacağına və bu prosesin artıq başladığına ümid edirlər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib.
"Biz boğazdan getdikcə daha çox neft tankerinin keçdiyini görürük. İran gəmiləri oradan yola düşür və buna biz şərait yaratmışıq. Biz görürük ki, bəzi Hindistan gəmiləri indi oradan çıxır və bizə elə gəlir ki, hətta Çin gəmiləri də yola düşür. Hesab edirik ki, iranlılar təbii şəkildə öz bazarlarını açacaqlar və hələlik bu bizi qane edir. Biz istəyirik ki, dünya neftlə yaxşı təmin olunsun", - o deyib.
Nazirin sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri və müttəfiq qüvvələr kommersiya gəmilərini müşayiət etməyə başlamazdan əvvəl boğazdan tanker trafiki artacaq.
Oxşar xəbərlər
ABŞ maliyyə naziri: İran tankerlərinin Hörmüz boğazından keçməsinə mane olmuruq
WSJ: ABŞ Hörmüz boğazından gəmilərin müşayiəti üçün koalisiyanın yaradıldığını elan edəcək
İran Hörmüz boğazında region ölkələri ilə birgə hərbi təlimdə iştirak edəcək
ABŞ Hörmüz boğazından keçən gəmilərin mühafizəsində digər ölkələrin də iştirak etməsini istəyir
İran XİN: Hörmüz boğazı ABŞ və onun müttəfiqlərinin gəmiləri istisna olmaqla, hər kəs üçün açıqdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
