AMB: Ödəniş sistemləri üzrə qanuna dəyişiklik ediləcək
Azərbaycan Mərkəzi Bankı ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanununa dəyişiklik layihəsi hazırlayır.
“Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət və siyasət departamentinin direktoru Ülfət Yusifov bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə deyib.
O bildirib ki, Mərkəzi Bank hər zaman bazar iştirakçıları tərəfindən hər hansı innovativ məhsulların təqdim olunmasına müsbət yanaşıb:
"Biz çoxsaylı müraciətləri nəzərə alaraq Azərbaycan Respublikasının ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanununa və ondan irəli gələn digər normativ aktlara müvafiq dəyişilik layihəsi hazırlayırıq. Həmin layihədə hesab edirik ki, bir çox ölkələrdə olduğu kimi maliyyə, ödəniş sektorunda innovativ xidmətlərin Azərbaycanda da göstərilməsi nəzərdə tutulacaq. Təbii ki, bu istiqamətdə riskləri də gözə alırıq və onların minimuma endirilməsi üçün əlimizdən gələni edəcəyik", - deyə AMB rəsmisi qeyd edib.
Oxşar xəbərlər
AMB qanunsuz işləyən ödəniş və elektron pul təşkilatlarına xəbərdarlıq edib
Mərkəzi Bank “Açıq bankçılıq” üzrə təsdiq olunan tələblərə dair açıqlama yayıb
AMB: Ötən il bank kartlarının dövriyyəsi 126 mlrd. manatı ötüb
Bakıda “Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi” keçirilir
Zakir Nuriyev: Milli ödəniş sistemləri ilə əməliyyatların həcmi 606 mlrd. manata çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












