ABŞ investorları "Napoli"ni 2 milyard avroya almaq niyyətindədirlər
sizinxeber.az xəbər saytı

ABŞ investorları "Napoli"ni 2 milyard avroya almaq niyyətindədirlər


ABŞ investorları İtaliyanın "Napoli" futbol klubunu 2 milyard avroya satın almaq niyyətindədir.

"Sizinxeber.az" "The Athletic"ə istinadən xəbər verir ki, Aurelio De Laurentis klubu satmağı planlaşdırmasa da, tərəflər arasında danışıqlar 6 ay əvvəl başlayıb və hazırda davam edir.

Daha əvvəl Neapol təmsilçisinin basketbol komandasının nəzarət səhm paketi də amerikalı investorlara satılmışdı.

Baş məşqçi Antonio Kontenin isə tezliklə komandadan ayrılaraq İtaliya millisinə rəhbərlik edə biləcəyi gözlənilir.

Qeyd edək ki, "Napoli" İtaliya A Seriyasında 37 matçdan sonra 73 xalla 2-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Antonio Konte "Napoli"nin baş məşqçi postundan ayrıla bilər
"Napoli"nin prezidenti Spallettinin komandadan ayrılmasının səhv qərar olduğunu açıqlayıb
"Napoli" A Seriyasında unikal rekorda imza atıb
Antonio Konte növbəti mövsümdə də "Napoli"ni çalışdırmağa yaxındır
“Napoli” İtaliya A Seriyasının çempionu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər