Rubio: ABŞ Avropadakı hərbçilərinin gələcəyinə dair qərarında müttəfiqlərinin İran məsələsində davranışını nəzərə alacaq
sizinxeber.az xəbər saytı

Rubio: ABŞ Avropadakı hərbçilərinin gələcəyinə dair qərarında müttəfiqlərinin İran məsələsində davranışını nəzərə alacaq


Vaşinqton Avropadakı hərbi kontingentin gələcəyi ilə bağlı qərar verərkən NATO müttəfiqlərinin İran müharibəsi zamanı atdığı addımları nəzərə alacaq.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.

Rubionun sözlərinə görə, ABŞ qoşunlarının Avropada yerləşdirilməsinin əsas səbəblərindən biri digər regionlarda güc nümayiş etdirmək imkanının qorunmasıdır.

“Əgər bəzi NATO üzvləri artıq belə hallarda dəstək verə bilmirsə, bu problem yaradır və nəzərdən keçirilməlidir”, – Rubio deyib.

O əlavə edib ki, ABŞ resurslarının limitsiz olmadığını həm Vaşinqton, həm də müttəfiqlər anlamalıdır.

Oxşar xəbərlər

Marko Rubio: ABŞ NATO-da qalacaq
Tramp Çində Tayvan məsələsini müzakirə edəcək
Rubio: ABŞ artıq Rusiyanın Ukrayna üzrə sülh şərtlərini daha yaxşı anlayır
Rubio ABŞ-ın müharibəyə son qoymaq təklifi ilə bağlı İrandan bu gün cavab gözlədiklərini bildirib
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər