sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tramp Çində Tayvan məsələsini müzakirə edəcək
ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan səfəri zamanı Tayvan məsələsi də müzakirə olunacaq.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Romada jurnalistlərə açıqlamasında bildirib.
Rubionun sözlərinə görə, Tayvan mövzusu səfərin əsas gündəliyi olmasa da, tərəflər arasında müzakirə ediləcək məsələlərdən biri olacaq.
“ABŞ-ın siyasəti dəyişməz olaraq qalır. Biz mövcud vəziyyətin məcburi şəkildə dəyişdirilməsini istəmirik, çünki bunun dünyada sabitliyi poza biləcəyini düşünürük”, – deyə Rubio qeyd edib.
O əlavə edib ki, Vaşinqton Tayvan boğazında sabitliyin qorunmasını həm Çin, həm ABŞ, həm də bütün dünya üçün vacib hesab edir.
Oxşar xəbərlər
Tayvan Çini təxribatlardan çəkinməyə çağırıb
Çin Dövlət Şurası: Tayvan hakimiyyəti ABŞ-la birlikdə Çini müharibəyə təhrik edir
Çin Dövlət Şurası: ABŞ-dan alınan silahlar Tayvanın müstəqilliyini təmin etməyəcək
Rubio: Alyaskadakı görüş “tanışlıq” xarakteri daşıyacaq
Çin Tayvanla bağlı ABŞ-a tələblər irəli sürəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
