ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
12-20 avqust tarixlərində Ermənistanda “Eagle Partner – 20255” adı altında Ermənistan-ABŞ hərbi təlimləri keçiriləcək.
APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, təlimlərdə Ermənistanın sülhməramlı briqadasının şəxsi heyəti, habelə ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı briqadalı və Kanzasda yerləşən Milli Qvardiyanın hərbçiləri iştirak edəcək.
Manevrlərdə sülhməramlı tapşırıqların icrası, o cümlədən tibbi təxliyənin təşkili kimi manevrlər icra olunacaq.
Təlimlərdə əsas məqsədin sülhməramlı əməliyyatlarda iştirak edən bölüklərin birgə fəaliyyətinin təşkili, idarəetmə və taktiki kommunikasiya sahəsində təcrübə mübadiləsi, eləcə də Ermənistanın sülhməramlılarının hazırlıq səviyyəsinin artırılması olduğu açıqlanıb.
Oxşar xəbərlər
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimlərdə iştirak edəcək
Ermənistan KTMT-nin “Qarşılıqlı fəaliyyət-2024” təlimlərindən də imtina edib
Moldova NATO-nun hərbi təlimlərində iştirak edəcək
Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb
Azərbaycan və Türkiyə MMU dinləyicilərinin birgə hərb oyunu keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













