sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Moldova NATO-nun hərbi təlimlərində iştirak edəcək
Moldova Milli Ordusunun hərbçiləri NATO-nun təşəbbüsü ilə keçiriləcək “Agile Spirit 25” hərbi təlimlərində iştirak etmək üçün Gürcüstana yola düşəcəklər.
APA xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında qeyd olunur ki, “Agile Spirit 25” təlimlərinin əsas məqsədi tərəfdaş ölkə ordularının döyüş qabiliyyətini artırmaqdır.
İyulun 23-dən avqustun 7-dək davam edəcək təlimlərdə Bolqarıstan, Gürcüstan, Almaniya, Litva, Moldova, Polşa, Rumıniya, Türkiyə, Ukrayna və ABŞ hərbçiləri iştirak edəcəklər.
Oxşar xəbərlər
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimlərdə iştirak edəcək
Ukrayna və Moldova istisna olmaqla, MDB ölkələrinin liderləri 9 May Paradında iştirak edəcək
Sandu: Moldova Aİ-yə üzvlük danışıqlarını Ukrayna ilə birlikdə aparacaq
NATO genişmiqyaslı təlimlərə başlayır
NATO genişmiqyaslı aviasiya təlimlərinə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













