Tramp: ABŞ rüsumlarla bağlı iki həftə ərzində ölkələrə məktub göndərəcək
ABŞ prezidenti Donald Tramp, təxminən iki həftə ərzində ölkələrə rüsum dərəcələrini ehtiva edən razılaşma məktubları göndərməyi planlaşdırdıqlarını açıqlayıb.
Sizinxeber.az xəbər verir ki, məsələ ilə bağlı Vaşinqtondakı Kennedi Mərkəzində danışıb.
Bundan başqa Çinlə də razılıq əldə etdiklərini vurğulayan Tramp, razılaşmadan çox məmnun olduqlarını və lazım olan hər şeyə sahib olduqlarını deyib.
Bir çox ölkənin onlarla ticarət razılaşması əldə etmək istədiyini qeyd edən Tramp Yaponiya, Cənubi Koreya və bir çox başqa ölkə ilə görüşdüklərini deyib.
"Hazırda təxminən 15 ölkə ilə danışırıq. Lakin bildiyiniz kimi, ümumilikdə 150-dən çox ölkə var və biz onların hamısı ilə danışa bilmərik. Beləliklə, təxminən bir həftə yarım, iki həftə ərzində bəzi ölkələrə məktublar göndərəcəyik və onlara razılaşmanın nədən ibarət olduğunu deyəcəyik", - Tramp bildirib.
Oxşar xəbərlər
Tramp: Rusiya atəşkəs təklifinə bu həftə cavab verəcək
Tramp: Gömrük rüsumları ABŞ-a gündəlik 2 milyard dollar qazandırır
Tramp Avropa və Asiya liderləri ilə rüsumlarla bağlı danışıqlar aparıb
Tramp: ABŞ və Çin 3-4 həftədə ticarət razılaşmasına nail ola bilər
Tramp: Pekinlə ticarət razılaşması Çin bazarının ABŞ biznesi üçün açılmasına imkan verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













