Boykot çağırışı: aktrisa serialdan uzaqlaşdırıldı
Türkiyəli məşhur aktrisa Aybikə Pusat rol aldığı “Təşkilat” serialından uzaqlaşdırılıb.
Kult.az xəbər verir ki, buna səbəb aktrisanın boykot çağırışı ilə bağlı paylaşım etməsidir.
Aktrisa İnstaqram hesabında “Aprelin 2-də alış-veriş etmirik. İqtisadi gücümüzdən istifadə edib bayramdan sonra tükətimə bir günlük fasilə veririk” sözlərini yazıb. Ancaq reaksiyalar gəldikdən sonra Pusat paylaşımını silib.
Daha sonra TRT-1 kanalından rəsmi açıqlama gəlib. Açıqlamada bildirilib ki, “Təşkilat” serialında rol alan aktrisanın paylaşımlarının TRT-1-də yayımlanan seriallarla heç bir şəkildə uzlaşa bilməyəcəyinə görə serialdan uzaqlaşdırılıb. Əlavə olaraq bildirilib ki, serialın ssenarisi yenidən yazılacaq.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun həbsindən sonra CHP sədri Özgür Özəl 2 aprel üçün iqtisadi boykot çağırışı edib.
Oxşar xəbərlər
Aktrisa Çimnaz Sultanova vəfat edib
Türkiyəli məşhur aktrisa vəfat edib
Sabah İrəvanda bahalaşma əleyhinə boykot başlayacaq
Türkiyənin vitse-prezidenti iqtisadi boykot çağırışına reaksiya verib
Türkiyənin vitse-prezidenti iqtisadi boykot çağırışını sərt tənqid edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













