Tramp: Netanyahuya zəng edib deyəcəyəm ki, İrana hücum etməsin - YENİLƏNİB
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benjamin Netanyahu ilə təcili telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.
Tramp bu barədə İsrailin 12-ci televiziya kanalına açıqlama verib.
“Mən indi Netanyahuya zəng edəcəyəm və ona deyəcəyəm ki, cavab olaraq İrana hücum etməsin”, – deyə ABŞ prezidenti bildirib.
ABŞ Prezidenti Vaşinqtonla Tehran arasında mümkün razılaşmanı pozmayacağına ümid etdiyini bildirib.
“Biz İranla yekun sazişə çox yaxınıq. Bu, yaxşı saziş olacaq. İstəmirəm ki, hazırda baş verənlər buna mane olsun. Ümid edirəm ki, İsrail cavab verməyəcək. Əgər Bibi (İsrailin Baş naziri Benyamin Netanyahu) cavab versə, son 47 ildə və ya son 3 min ildə baş verənlər yenidən davam edəcək”, – deyə Tramp vurğulayıb.
Oxşar xəbərlər
Tramp Netanyahunu İrana qarşı zərbədən çəkindirmək niyyətindədir
Tramp İrana zərbə endirməməsini istəsə də, Netanyahu razılaşmayıb - YENİLƏNİB
KİV: Tramp Netanyahuya İrana qarşı hərbi əməliyyatlara qarşı olduğunu deyib
Tramp İsrailin Baş naziri ilə telefon danışığı aparıb
KİV: Tramp Netanyahuya İrana qarşı hərbi əməliyyatların əleyhinə olduğunu deyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
Uilli Uolş: Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
-
"Reuters": ABŞ İran aktivlərinin Fars körfəzindəki müttəfiqlərinə verilməsini nəzərdən keçirir
