İran qonşu ölkələrə hücumlarla bağlı QƏRAR VERDİ
sizinxeber.az xəbər saytı

İran qonşu ölkələrə hücumlarla bağlı QƏRAR VERDİ


"Region ölkələrindən hücumlar edilməyi təqdirdə onlara qarşı əlavə hücumlar olmayacaq".

Sizinxeber.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Onun sözlərinə görə, bu qərar ölkənin Müvəqqəti İdarəetmə Şurası tərəfindən qəbul edilib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Oxşar xəbərlər

İsrail qırıcısı Tehran səmasında İran təyyarəsini vurdu
İsrailə raket buraxmağa hazırlaşan İrana məxsus qurğunun MƏHVEDİLMƏ GÖRÜNTÜLƏRİ
Məşhur Böyük Britaniya nəşrindən iddia: "İran Xameneinin planını həyata keçirməyə başlayıb"
İsrail müdafiə naziri: İrana qarşı qabaqlayıcı zərbə endirilib
İsrailin Baş naziri İrana yeni zərbələr endiriləcəyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər