İsrail qırıcısı Tehran səmasında İran təyyarəsini vurdu
İsrail Hərbi Hava Qüvvələrinə məxsus "F-35I" ("Adir") qırıcı təyyarəsi Tehran səmasında İran Hərbi Hava Qüvvələrinə məxsus "Yak-130" qırıcı təyyarəsini vurub.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
"Tarixdə ilk dəfədir ki, pilotlu qırıcı təyyarə "F-35" tərəfindən məhv edilib", - deyə SAXAL-dan bildirilib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Oxşar xəbərlər
KİV: İran ABŞ-nin daha bir qırıcısını vurub
İran İsrailin daha bir “F-35”ni vurub
İsrail Müdafiə Ordusu: "Tehran artıq qorunmur, şəhər İsrail zərbələrinə qarşı müdafiəsizdir"
İsrailin müdafiə naziri: "İranın nüvə proqramını pozmaq üçün əməliyyatları davam etdirəcəyik"
İsrail HHQ İranın F5 qırıcılarını vurub, onlarla hərbi obyektinə zərbələr endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
