İsrailə raket buraxmağa hazırlaşan İrana məxsus qurğunun MƏHVEDİLMƏ GÖRÜNTÜLƏRİ
İsrail ordusu İranın Qum bölgəsi yaxınlığında ballistik raketlərin buraxılması üçün qurğunu məhv edib.
Sizinxeber.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Raket buraxan qurğunun İsrail ərazisinə zərbələr endirməyə hazırlaşdığı iddia edilir.
İsrail tərəfi, həmçinin İranın mərkəzindəki İsfahan şəhəri yaxınlığında hava hücumundan müdafiə sistemini məhv etdiklərini açıqlayıb.
SAXAL hər iki zərbələrin görüntülərini yayaraq, İsrailin hava məkanında üstünlüyünü gücləndirəcəyini bəyan edib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Oxşar xəbərlər
İsrail qırıcısı Tehran səmasında İran təyyarəsini vurdu
Məşhur Böyük Britaniya nəşrindən iddia: "İran Xameneinin planını həyata keçirməyə başlayıb"
İsrailin müdafiə naziri: "İranın nüvə proqramını pozmaq üçün əməliyyatları davam etdirəcəyik"
İsrail İranın bir neçə ballistik raket anbarını məhv edib
İsrail müdafiə naziri: İrana qarşı qabaqlayıcı zərbə endirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
