Tramp özünü Venesuelanın müvəqqəti prezidenti "təyin edib"
sizinxeber.az xəbər saytı

Tramp özünü Venesuelanın müvəqqəti prezidenti "təyin edib"


Tramp özünü Venesuelanın müvəqqəti prezidenti "təyin edib".

Oxu.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində yumoristik bir şəkil paylaşaraq özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim edib.

Şəkil Trampın "Vikipediya" tərcümeyi-halının ekran görüntüsünə bənzəyəcək şəkildə təqdim edilib. Onun ABŞ-nin 45-ci və 47-ci prezidentləri kimi titulları sadalanmaqla yanaşı, Tramp 2026-cı ilin yanvar ayından etibarən Venesuelanın müvəqqəti prezidenti kimi də qeyd edilir.

Yanvarın əvvəlində Venesuela Ali Məhkəməsi Delsi Rodrigesi ölkənin müvəqqəti prezidenti kimi tanıyıb.

Lakin Avropa Komissiyasının (AK) sözçüsü Anita Hipper bildirib ki, qurum Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigesin legitimliyini tanımır.

Öz növbəsində Delsi Rodriges də ABŞ prezidentini mübahisəli məsələləri diplomatik yolla həll etməyə çağırıb.

Tramp özünü Venesuelanın müvəqqəti prezidenti təyin edib

Tramp özünü Venesuelanın müvəqqəti prezidenti təyin edib

Oxşar xəbərlər

Venesuelanın vitse-prezidenti Maduronu azad etmək üçün komissiya yaratdı
Venesuelanın vitse-prezidenti Trampa cavab verdi
Venesuela əməliyyatından sonra Trampdan İLK AÇIQLAMALAR
ABŞ martın 1-dən Venesuela ilə neft sazişini ləğv edəcək
Venesuela Prezidenti hökumətdə genişmiqyaslı dəyişikliklər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər