Azərbaycan Ordusunun “Smerç” YARS bölməsinin döyüş atışlı taktiki təlimi keçirilib - VİDEO
sizinxeber.az xəbər saytı

Azərbaycan Ordusunun “Smerç” YARS bölməsinin döyüş atışlı taktiki təlimi keçirilib - VİDEO


Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemli (YARS) bölməsinin döyüş atışlı taktiki təlimi keçirilib.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin planına əsasən, “Həyəcan” siqnalı ilə qaldırılan reaktiv artilleriya bölməsi daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonunda yerləşib, döyüş texnikaları döyüş tətbiqinə hazırlanıb. “Smerç” YARS bölməsi start mövqeyinə çıxarılaraq atış tapşırıqlarını uğurla icra edib.

Keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi bölmələrin şəxsi heyətinin döyüş qabiliyyətini artırmaq və hərbi qulluqçuların bilik və bacarıqlarını müasir döyüşün tələblərinə uyğun təkmilləşdirməkdən ibarətdir.

Oxşar xəbərlər

Artilleriya bölmələri ilə döyüş atışlı təlim keçirilib - VİDEO
Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş atışlı təlim keçirilib - VİDEO
Naxçıvanda artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib - VİDEO
Azərbaycan Ordusunda “Smerç”lərdən döyüş atışları icra edilib - VİDEO
Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər