Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş atışlı təlim keçirilib - VİDEO
sizinxeber.az xəbər saytı

Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş atışlı təlim keçirilib - VİDEO


Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqəsindən cəmləşmə rayonlarına çıxarılıb.
Təlimin növbəti mərhələsində ərazidə komanda məntəqələrində qərargahın qərar qəbuletmə prosesi həyata keçirilib, təlim-döyüş tapşırığına uyğun komandir heyətinin məruzələri dinlənilib.
Yekunda tank bölmələri ilə döyüş atışlı təlimin ssenarisinə əsasən, düşmənə yaxınlaşma, şərti düşmən hədəflərinin hərəkətdə və yerindən məhv edilməsi üzrə tapşırıqlar icra olunub.
Təlimin keçirilməsində əsas diqqət tank bölmələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması, döyüşdə tank bölmələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətinin təmin edilməsinə yönəldilib.

Oxşar xəbərlər

Artilleriya bölmələri ilə döyüş atışlı təlim keçirilib - VİDEO
Naxçıvanda artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib - VİDEO
Hava Hücumundan Müdafiə Qoşunlarının taktiki-xüsusi təlimi keçirilir - VİDEO
Hava hücumundan müdafiə bölmələri S-300 “Favorit” zenit-raket kompleksləri ilə təlim keçirib - VİDEO
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle